Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Gənclər üçün Media Akademiyası


Hacıbəy Heydərli
Hacıbəy Heydərli
-
«İrəli» İctimai Birliyinin Media Akademiyası layihəsi 2010-cu ilin iyunundan başlayıb. Artıq 100-dən çox məzunu olan bu layihənin məqsədi mediaya gəlmək, özünü sübut etmək istəyən gənclərə meydan yaratmaqdır.

«Flashmob»a qonaq olan layihənin direktoru Hacıbəy Heydərli belə deyir.

Onun bildirdiyinə görə, bu, «İrəli»nin ən uğurlu layihələrindən biridir. Məzunların yarısından çoxu media orqanlarında işləyir:

«Artıq Media Akademiyasının 4-cü kursu başlayıb. İndiyə qədər 3 buraxılış olub. Hər buraxılışda 35 nəfər olur, amma biz ən fəallarına diplom veririk. Seçimlər də asan olmur, tələbələr 3 turdan keçirlər».

AKADEMİYANIN JURNALİSTİKA FAKÜLTƏSİNDƏN FƏRQİ

Bu 3 mərhələni keçib Akademiyaya seçilən Özal İbrahimli Azərbaycan Texniki Universitetinin tələbəsidir. İxtisası nəqliyyatla bağlı olsa da, özünü jurnalistikada gördüyündən Media Akademiyasında oxumaq qərarına gəlib:

«Qismət olmadı jurnalistika fakültəsində oxuyum, mən də burda oxudum, çox kömək oldu. Vəfalı Ənsər, Kövsər Orucova, Vüsal Quliyev, İlhamiyyə Rza, Vüqar Babadan dərslər aldıq. Təxminən 5 ay davam etdi».

Özal İbrahimli
Özal İbrahimli
​Hacıbəy Heydərli deyir ki, Media Akademiyasında həftədə 2 gün dərs olur, bir gün isə görüşlər təşkil olunur:

«Görüşdə incəsənət xadimləri, millət vəkilləri, media kapitanları olur. Tələbələr istədikləri sualları verib, maraqlanırlar. Bəzən elə olur ki, qonaqlar tələbələrin bəzisini onlarla işləməyə dəvət edirlər. Tələbələrə akademiyada xəbərçilik, PR, media hüququ və sair dərslər keçirilir».

Hacıbəy Heydərlinin dediyinə görə, Media Akademiyası universitetlərdəki jurnalistika fakültələrindən fərqlidir - akademiyada münasibətlər daha səmimi, mühit daha gəncdir. Praktik fəaliyyət üçün də daha çox şərait yaradılır.

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG