Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:37

Qobustanda məhbuslar aclıq aksiyası keçirir


-
Qobustan həbsxanasında ömürlük həbs cəzası alan 19 məhkum aclıq aksiyasına başlayıb.

Aprelin 19-na keçən gecədən aclıq edən məhbuslar hazırda həkim nəzarətindədirlər.

Penitensiar xidmətin sözçüsü Mehman Sadıqovun dediyinə görə, aclıq edənlər ölüm hökmü alan məhbuslardır:

«1998-ci ildən Azərbaycanda ölüm hökmü ləğv olunduğundan onların cəzası ömürlük həbslə əvəzlənmişdi. Hazırda bu məhbuslar iddia edirlər ki, onlar ömürlük yox, ovaxtkı ən ağır cəza - 15 il həbslə cəzalanmalı idilər».

Mehman Sadıqov bildirib ki, aclıq edənlər digər məhbuslardan ayrılıb, həkim nəzarətindədirlər. Səhhətlərində hər hansı problem yaranarsa, qanunvericiliyə uyğun olaraq həkim müdaxilə edəcək.

Bundan əvvəl də Qobustanda saxlanan məhbuslar bir neçə dəfə eyni tələblə aclıq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG