Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:29
-
«Aprelin 15-də tələbələrlə söhbət edirdim, qayıdanda gördüm ki, polis əməkdaşları tələbələri saxlayaraq yolu düz keçmədiklərinə görə, qanunsuz cərimə edir. Tam qanuni bir yerdir. Burdan keçmək olar. Polis deyir ki, niyə keçiddən istifadə etmirlər. Mən onların şəklini çəkdiyimdən 20 polis əməkdaşını tökdülər bura ki, siz burada hakimiyyət, dövlət əleyhinə fikirlər səsləndirirsiniz. Burada məni 20 polis həbs edib 26-cı polis bölməsinə apardı. Xəbərdarlıq edib buraxdılar».

Bir ay əvvəl prezidentliyə namizədliyini irəli sürən Vidadi İsgəndərli həbsdən öncə bakunews.tv-yə belə deyib. Xəbərdarlıqdan bir gün sonra o, yenidən polisə çağırılıb.

İCTİMAİ FƏALLIQ TƏHLÜKƏLİDİR?

Yenə polis bölməsi, sonra məhkəmə, daha sonra 10 sutkalıq həbs. O, polisə tabe olmamaqda təqsirli bilinərək həbs edilib.

Bu, keçmiş deputatlığa namizədin sayca ikinci həbsidir. Daha öncə hüquq müdafiəçisi 2011-ci ilin mayında həbs edilmiş və 2012-ci ilin sonunda əfv fərmanı ilə azadlığa çıxmışdı.

Vidadi İsgəndərli öz həbsini siyasi görüşlərinə bağlayır. Daha öncə prezidentliyə bir başqa namizəd – REAL lideri İlqar Məmmədov da həbs olunub. Onun həbsi, rəsmi versiyaya görə, İsmayıllıda baş verən olaylara qatılması ilə əsaslandırılır.

Oqtay İsgəndərli qardaşı Vidadinin sosial şəbəkələrdəki fəallığını önə çəkir və bunu həbsin əsas səbəblərindən sayır. Amma bir başqa səbəbə diqqət çəkir:
Anar Qasımlı

Anar Qasımlı

«Göyçayın xalq hakimi 70 yaşlı vətəndaşdan 10 min manat rüşvət alıb, qaytarmır. Həmin vətəndaş Vidadiyə müraciət edib. Vidadi də rəsmi şəkildə dövlət orqanlarına, prezidentə müraciət edib ki, korrupsiyaya qarşı mübarizəyə başlayıram və mayın 5-də məhkəmə qarşısında piket-mitinq keçirəcəyəm. Onlar da burada polislərlə yaranan insidentdən yararlanıb Vidadini həbs ediblər. Bu həbs, sözsüz ki, 5 may mitinqi ilə bağlıdır».

«BU FİKİRLƏRİ FB SƏHİFƏMDƏ YAZMIŞAM»

Vəkil Anar Qasımlı Vidadi İsgəndərlinin polisə tabe olduğunun məhkəmə gedişində tam sübuta yetirildiyini söyləyir:

«Rəsmi sənədlərdə polisin konkret hansı tələbinə tabe olmaması, onun nəyə cavab verməməsi göstərilməyib. Orada «insanları mitinqə səsləyirdi, şüarlar səsləndirirdi» kimi fikirlər əksini tapıb. Vidadi bəy deyir ki, belə bir şey olmayıb və bu fikirləri mən hadisə olandan sonra FB səhifəmdə yazmışam».

«CİDDİ BİR İŞARƏ»

Yenə «Facebook»da fəallıq, siyasi statuslar və bunun nəticəsi – həbs. Gənc fəallar, müxalif baxışlı gənclər də bənzər olayları yaşayıb. Prezidentliyə namizədlərdə eyni aqibəti yaşayır?

Rəsul Cəfərov

Rəsul Cəfərov

İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov ölkədə hər hansı alternativ fikrin həbslə nəticələnə biləcəyini düşünür:

«İstər hüquqşünas və ya vəkil olsun, istərsə heç bir partiyalılığı olmayan gənclər – onların hamısına qarşı təzyiq, hədə-qorxu və həbslər var. Bu cür sürərsə, – təəssüf ki, belə də davam edir, – bu, seçkilərin indidən təhlükə altına alındığına, qeyri-demokratik şəraitdə keçiriləcəyinə ciddi bir işarədir».

Aprelin 17-də ABŞ Dövlət katibi köməkçisinin müavini Thomas Melia Bakıda səfərdə olarkən həbs olunan siyasilərlə görüşməyə cəhd göstərib, ancaq ona imkan yaradılmayıb. O, belə hallardan narahatlıq duyduğunu, seçki ilində prezidentliyə namizədin həbsə atılmasını yaxşı hal saymadığını bildirib. ABŞ rəsmisi hər iki namizəd – İlqar Məmmədova və Vidadi İsgəndərliyə qarşı irəli sürülən ittihamların qurama olduğuna da eyham vurub.
XS
SM
MD
LG