Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Yeni təhsil naziri Mikayıl Cabbarov kimdir?


Mikayıl Cabbarov 2004-cü ildə iqtisadi inkişaf naziri Fərhad Əliyevin müavini olub

Yeni təhsil naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.

İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü il fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub.

2009-cu il martın 6-dan isə İçəri Şəhər Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG