Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15
-
Əlyazmalar İnstitutu Tehranın Məclis kitabxanasından XVI əsr şairi Qəribinin türkcə əsərlər məcmuəsinin surətini əldə edib.

Xəbəri institutun saytı yayıb.

184 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş məcmuə Muxtar ibn İraqi Marağayi tərəfindən köçürülüb.

Məcmuəyə Azərbaycan türkcəsində yazılmış, islama, şiəliyə aid «Risaleyi-Yuhənna» əsəri, 12 imama həsr edilmiş mənaqib, qəsidə, tərcibənd və tərkibbəndlər, şairin divanı və osmanlı şairlərinə həsr etdiyi, əsasən osmanlı dilində yazdığı təzkirə daxil edilib.
Xəbərdə deyilir ki, Qəribi Şah İsmayıl Xətai qəzəllərinə təxmislər yazıb, Şah Təhmasibə qəsidə həsr edib.

Əsər XVI əsrin birinci yarısında, Qəribi Şah Təhmasibin sarayında, Təbrizdə yaşadığı zaman tamamlanıb.

Qəribinin şeirləri Səfəvilər dövrü anadilli Azərbaycan şeirinin ən ilk nümunələrindən biri kimi dəyərlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG