Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:40

Boston marafonunda partlayışı törədənlərdən biri öldürüldü


Polis bildirib ki, Boston marafonunda partlayış törədənlərdən biri polisdlə atışmada güllə ilə vurulub-öldürülüb. Başqa şübhəli isə qaça bilib.
Massaçusets ştatında Boston şəhəri yaxınlığındakı Watertown şəhərçiyində kütləvi axtarışlar davam edir.
Ştatın baş polis rəisi polkovnik Tim Alben jurnalistlərə deyib ki, axtarışda olan şübhəli şəxslərin fotoloları və videoları ilə uyğun gələn şəxslər aşkar olunub.

“Biz hazırda Boston marafonunda partlayışı törətməkdə ikinci şübhəli şəxsi axtarırlrıq. O ağ dərilidir.”

Kütləvi axtarışlar cümə axşamı gecədən keçmiş Massaçusets Texnoloji Universitetinin tələbə şəhərciyində polislə atışmaya gətirdi.
Polisin məlumatına görə, şübhəlilər Mercedes maşında olublar. Atışmada onlardan biri ölümcül yaralanıb, o birisi isə maşından düşüb qaça bilib. Maşından partlayıcılar tapılıb.
Ölümcül yaralı xəstəxanaya gətirilib və burda ölüb.
XS
SM
MD
LG