Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Boston partlayışına görə axtarılan Dzhokhar Tsarnaev həbs edilir


Şübhəlilərin şəkilləri
Şübhəlilərin şəkilləri
-
(Yazı daim yeniləndiyindən, əlavə xəbərlər xronoloji ardıcıllıqla mətndən yuxarıda yerləşdirilib)


14.05 - ABŞ prezidenti Barack Obama Bostonda asayişin bərpa edildiyini desə də, hələ bir çox sualların açıq qaldığını vurğulayıb:
«Hələ açıq qalan çox suallar var. Məsələn, bizim cəmiyyət və ölkənin bir hissəsi kimi burda böyüyüb təhsil alan bu gənclər nəyə görə bu zorakılığa gedib. Onlar bu hücumu necə hazırlayıb, neçə həyata keçirib və onlara hansısa kömək olubmu».

06.00 - Vatertaun polisi Dzhokhar Tsarnaevin həbs olunduğunu bildirdi. O, qayıqda gizlənirdi. Polisin cağırışı ilə bütün günü evdə olan qayığın sahibi axşam həyətə çıxır, qayığında əvvəl qan ləkələri, sonra da qanlı adam görəndən sonra polisə zəng edib. Qısa atışmadan sonra polisl Tsarnaevi həbs edir. Hazırda onun xəstəxanada olduğu bildirilir.

19 yaşlı Dzhokhar Tsarnaevin ələ keirilməsi xəbəri Votertaunda ümumi sevinclə qarşılandı.

Rəsmilər Tsarnav qardaşlarının axtarışında 9 mindən artıq polis və təhlükəsizlik əməkdaşının iştirak etdiyini bildirir.


22:30. Boston marafonunda partlayışları törətməkdə şübhəli bilinən Dzokhar və Tamerlan Tsarnaevlərin atası Anzor Tsarnaev Mahaçqalada yaşayır.

O, Mahaçqaladan Azadlıq Radiosuna deyir: “Bunu kimsə xüsusi planlaşdırılıb.Bu, düşünülmüş əməliyyatdır. Mən bilmirəm kim edib, niyə edib? Ancaq mən öz uşaqlarımı tanıyıram. Onlar nyə gedib, bomba partlatmalıdırlar? Böyük oğlum məscidə gedirdi. Kiçik oğlum oxuyurdu və belə şeylərdən uzaq idi.”



​ Boston marafonunda baş verən bomba partlayışında şübhəli bilinənlərdən biri atışmada öldürülüb. Həmin partlayışı törətməkdə şübhəli bilinən ikinci adamın axtarışları davam edir. Hazırda şübhəlinin olduğu güman edilən məhəllə mühasirəyə alınıb və evbəev axtarış aparılır.

Associated Press agentliyi ABŞ-ın Federal Təhqiqatlar Bürosuna (FBİ) istinadən xəbər verib ki, şübhəlilər 2 qardaşdırlar. Etnik çeçen olan qardaşlardan 26 yaşlı Tamerlan Tsarnayev öldürülüb. Hazırda 19 yaşlı Dzhokhar Tsarnaevi axtarırlar. Dzhokarın 1993-cü ildə Qırğızıstanda doğulduğu, 2001-ci ildə Dağıstana, Mahaçqalaya köçdüyü və 1 il sonra ABŞ-a getdiyi güman edilir.


Federal Təhqiqatlar Bürosu aprelin 18-i yerli vaxtla axşam saatlarından şübhəlilərin şəkillərini və videolarını yaymağa başlayıb.

Orada başlarında ağ və qara beysbol kepkası, kürəyində də çanta olan 2 gənc görünür. Onlar marafon davam etdiyi vaxt bir neçə addımlıq məsafəylə bir-birinin ardınca gedirlər. FBİ partlayışdan sonra bu iki gəncin sürətlə hadisə yerini tərk etməsi haqda da videoların olduğunu açıqlamış və yardım üçün ictimaiyyətə müraciət etmişdi.

Polisin verdiyi məlumata görə, şübhəlinin kimliyinin müəyyənləşdirilməsində onlara

Votertaunda atışma (həvəskar vide)

-
Votertaunda atışma (həvəskar video)
oston Marafonundakı partlayışda iki ayağını itirən Jeff Baumann kömək edib. Bauman cərrahiyyə əməliyyatından ayılan kimi kağız-qələm istəyib. Qardaşı Hris Baumann Bloomberq TV-yə deyib ki, Jeff FBİ-a verdiyi ifadədə bir gəncin marafon sırasında finish xətti yanında durduğunu və kürəyindəki çantanı yerə qoyduğunu görüb. 2-3 dıqiqə sonra isə məhz o çanta partlayıb.

Ötən gecə Massaçussets Texniki Universitetinin şəhərciyində polislə bir nəfər arasında atışma olub. Atışmada bir polis əməkdaşı aldığı yaralardan xəstəxanada ölüb. Sonradan şübhəlilər öncə Mercedes markalı cip maşını qaçırıblar və polis onları Votertaun qəsəbəsində haqlayıb. Maşındakılar polislərlə atışmaya giriblər və partladıcılardan da istifadə ediblər.

Massaçussets polisinin rəisi polkovnik Tim Alben aprelin 19-da jurnalistlərə hadisə yerində deyib ki, şübhəlilərdən biri vurulub, digəri isə maşından qaçıb. Polis hazırda fəal şəkildə axtarışları davam etdirir.

Alben əlavə edib ki, sözügedən şəxslər Boston Marafonunda Bazar ertəsi baş verən bomba partlayışlarının başlıca şübhəliləridir. Və təəssüf ki, yaralı olaraq ələ keçirilən şəxs xəstəxanada ölüb.

Boston polis komissarı Ed Davis isə bildirib ki, atışmaya girənlərin terrorçu olmasına şübhə etmirlər.

- Biz onların terrorist olduğunu düşünürük. Biz əminik ki, onlar bura insanları öldürmək üçün gəlmişdilər. Odur ki, onu həbs etməliyik.

Hazırda polis sözügedən qəsəbədə bir-bir bütün evləri arayır. Yerli sakinlərə qapılarını bağlayıb, evdə oturmaları tapşırılıb.

Bazar ertəsi Boston Marafonunun finiş xətti yaxınlığında qısa arayla 2 bomba partladılmışdı. Partlayışlarda aralarında uşaqların da olduğu 3 nəfər həlak olub, 176 nəfər yaralanmışdı. Yaralılardan 20-yə yaxının əl, ya ayaqlarını itirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG