Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:08

Şəxsiyyət vəsiqəsi 15 yaşdan sonra veriləcək


Aprelin 19-da Milli Məclisdə «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» və
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq, beş və ya bir iş günü müddətində verilir.

Dəyişikliklərə əsasən, əvvəllər şəxsiyyət vəsiqəsi 16 yaşdan sonra verilirdisə, bundan sonra 15 yaşından sonra vəsiqə almaq mümkün olacaq.
XS
SM
MD
LG