Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:07

Bakıda Su İdmanı Sarayının təməli qoyulub


Ümumi sahəsi 46 min kvadratmetr olacaq, oval formada tikiləcək sarayın təməlqoyma mərasimində prezident də iştirak edib.

Prezident.az saytının yaydığı məlumata görə, dövlət başçısı sarayın tikintisində iştirak edəcək xarici mütəxəssislərlə görüşüb.

Saray layihəsini Koreyanın «Securo CO.LTD» şirkəti hazırlayıb. Bundan başqa, layihədə Azərbaycanın «DDLAR Group», İtaliyanın «Myrtha Pool», İspaniyanın «Pujol Arquitectura», Türkiyənin «Kadayfçıoğlu İnşaat» və «Başak İnşaat Sənaye Ticarət», Böyük Britaniyanın «AFL Architects» şirkətləri də iştirak edirlər.

Diqqətə çatdırıldı ki, 6028 tamaşaçı yeri olacaq sarayda üç üzgüçülük hovuzu, fitnes zal, restoran, konfrans zalı, duş otaqları, Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun digər işçi və köməkçi otaqlar tikiləcəkdir. Zirzəmidən və tribunaları dəmir-beton konstruksiyadan ibarət olacaq kompleksin 9 ballıq zəlzələyə davamlıdır.

Sarayın ərazisində avtomobil dayanacağı tikiləcək, yaşıllıq zolaqları salınacaq, istirahət guşələri olacaq.
XS
SM
MD
LG