Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:13

«400 milyonluq layihə nəticəsində regionlar genişzolaqlı internetlə təmin ediləcək»


Əli Abbasov

Əli Abbasov


«400 milyonluq layihə nəticəsində yaxın üç ilə regionlar rabitə və genişzolaqlı internetlə təmin ediləcək»

Bu sözləri Gəncədə rabitə sahəsində sakinlərin şikayətini dinləyən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli ABbasov deyib. Bildirib ki, Azərbaycanın bütün ərazisinin sürətli internetlə təmin edilməsi üçün Neft Fondu ilə Nazirliyin xüsusi layihəsi hazırlanıb.

Neft Fondu tərəfindən layihənin icrası üçün 400 milyon manat vəsait ayrılıb.
Layihə çərçivəsində respublikanın bütün ərazisi sürətli internetlə təmin ediləcək. Daha çox ehtiyac duyulan ərazilərdə ATS-lər quraşdırılacaq.

Nazir bildirib ki, layihə çərçivəsində Gəncədə salınan yeni qəsəbələr üçün 3 ATS-in quraşdırılması nəzərdə tutulur.
XS
SM
MD
LG