Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:32

Azərbaycan ordusunun baş leytenatı həlak olub


Arxiv foto
Arxiv foto
-

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin məlumatına görə, hadisə aprelin 19-da gecə saat 3-də baş verib. Naxçıvanda yerləşən N saylı Hərbi hissənin əsgəri Rafəel Əli oğlu Allahverdiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant, 27 yaşlı Elşən Mübariz oğlu Məmmədovun həlak olduğu bildirilir.

1994-cü il təvəllüdlü Rəfael Əli oğlu Allahverdiyev Naxçıvanın Sədərək rayonundan 2012-ci ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.

Fatkla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

CİNAYƏT İŞİ AÇILIB

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb və hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.

Hərbi Prokurorluğun məlumatına görə, əsgər Rəfail Şahverdiyev on təhkim edilmiş odlu silahdan atəş açması nəticəsində həmin hərbi hissənin tağım komandiri, baş leytenant Elşən Məmmədov aldığı güllə yarasından hadisə yerində vəfat edib.

2013-cü ildə Azərbaycanın ordusu 27 nəfər itki verib. Onlardan 5-i döyüş, 22-si qeyri-döyüş şəraitində həlak olub.

Cari ildə 31 nəfər yaralanıb və ya xəsarət alıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG