Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

Pakistanın sabiq prezidenti Pervez Musharraf həbs edilib


Pervez Musharraf
Pervez Musharraf
-

Aprelin 19-da polis Pakistanın sabiq prezidenti Pervez Musharraf-i evində həbs edərək, onu məhkəməyə gətirib.

Ötən gün İslamabad məhkəməsi keçmiş prezidenti dövlət çevrilişində və prezidentliyi dövründə Ali Məhkəməni qanunsuz buraxmaqda təqsirli sayaraq, həbsi barədə order verib. Hərçənd Musharraf cangüdənlərinin yardımı ilə iclas zalını tərk edə və öz iqamətgahında gizlənə bilib.

Pervez Musharraf martın 24-də dörd ildir mühacirətdə yaşadığı Britaniyadan vətəninə dönüb. O, mayın 11-də keçiriləcək parlament seçkisində iştirak etmək niyyətində idi. Ancaq bu hüquqdan məhrum edilib.

69 yaşlı keçmiş prezident buna qədər də 2007-ci ildə ölkənin keçmiş Baş naziri Benazir Bhutto-ya qarşı sui-qəsdə və 2006-cı ildə etnik bəluc liderinin ölümünə görə məhkəmələrə çəkilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG