Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41

Texasda baş verən partlayışda 15-dək adamın öldüyü güman edilir


Texasda partlayış

Texasda partlayış

Son məlumatlara görə, ABŞ-ın Texas ştatındakı gübrə zavodunda baş verən partlayışda 5-15 arası adam ölə bilər.

Bundan başqa 160-dan çox adamın xəstəxanaya götürüldüyü xəbər verilir.
Partlayış nəticəsində həmçinin ətrafda yerləşən onlarla ev dağılıb.

Axtarış əməliyyatları hələ də davam etdirilir.

ABŞ-ıın geoloji xidməti partlayışın təxminən 2,1 ballıq zəlzələ gücündə olduğunu deyir.

Hadisənin baş verdiyi Vest şəhərinin meri əvvəlcə zavodda yanğın, sonra isə partlayış baş verdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG