Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:22

Azərbaycan Fransadan helikopter almaq istəyir


Eurocopter Tiger
Eurocopter Tiger
Azərbaycan dünyanın aparıcı helikopter şirkətlərindən olan Fransanın «Eurocopter» şirkətindən helikopterlər almaq istəyir.

APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, Azərbaycan bu şirkətin müxtəlif əməliyyatlarda istifadə olunan EC-145 tipli modelləri ilə maraqlanır və hazırda bununla bağlı tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, «Eurocopter»in EC-145 modeli Qazaxıstanda da istehsal olunur. Şirkət rəsmilərinin sözlərinə görə, Qazaxıstanda istehsal edilən helikopterlərin MDB bazarına çıxarılması planlaşdırılır.

Eurocopter» şirkətinin nümayəndələri aprelin əvvəllərində bir qrup fransız şirkətinin təmsil olunduğu nümayəndə heyətinin tərkibində Bakıda olub.
Şirkətin məhsulları ilə bağlı Bakıda təqdimat keçirilib.
XS
SM
MD
LG