Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

Yunanıstanda 27 miqrantın yaralanması ilə bağlı cinayət işi açılıb


Foto arxiv

Foto arxiv

Yunanıstan hökuməti Manolada qəsəbəsinin yaxınlığındakı fermer təsərrüfatında baş vermiş atışmanın tezliklə araşdırılacağını vəd edib.

Atışmada fermer təsərrüfatında çalışan 27 miqrantın yaralandığı xəbər verilir.
Əsasən Banqladeşdən olan 200-ə yaxın işçi əmək haqlarının verilməsini tələb edəndə briqada başçıları onlara atəş açıb.

Məlumatlara görə çiyələk yığan miqrantlar yarım ildir ki, əmək haqlarını ala bilmirlər.
Fermerin istintaq çərçivəsində artıq həbs edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG