Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

Musiqili Teatr - yeni libasda! (Fotolar)


-

Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verildi.

Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak etdi.

O, teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə də görüşdü.

Qeyd edildi ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilib. 1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin ilk tamaşası bu teatrın binasında olub. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərib. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülmüş və yeni binanın inşasına başlanılıb. 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışı olub.

Bildirildi ki, 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub.

Oturacaqlar və mebel yeniləri ilə əvəzlənmiş, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulmuşdur. Burada ən müasir səs-akustika sistemi quraşdırılmışdır. Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənmişdir. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılmışdır. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur. Əsaslı bərpa işlərindən sonra teatrdakı səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm almışdır.

AzərTAc





AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG