Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19

ABŞ Milli Demokratiya İnstitutunun rəhbərliyi Azərbaycanda olub


ABŞ Milli Demokratiya İnstitutunun rəhbərliyi bu həftə Azərbaycanda qurumun ölkədəki fəaliyyəti ilə bağlı məsələləri müzakirə edib.

APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibi köməkçisinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O bu məsələ ətrafında yaranmış anlaşılmazlığın aradan qaldırılacağına ümidlə yanaşdığını deyib:
“MDİ dünyanın bir çox ölkələrində demokratiya və seçkilərlə bağlı proqramlar həyata keçirən, vətəndaş cəmiyyəti ilə işləyən məşhur təşkilatdır. Bu təşkilata resurs mənbəyi kimi baxmaq lazımdır. Vətəndaş cəmiyyətinin bu resursdan faydalanması çox vacibdir”.

Hazırda həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovla görüşə gəldikdə isə T.Melia deyib ki, Azərbaycan tərəfi ABŞ bununla bağlı qaldırdığı məsələyə konkret cavab verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG