Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52
“Gürcüstanın Dövlət Mühavizə Xidməti prezident Mikheil Saakashvili və onun komandasının şəxsi ehtiyaclarına məqsədsiz pullar xərcləyib”.

Bunu parlamentdə çoxluq təşkil edən “Gürcü arzusu” kolaisiyasının nümayəndəsi İrina İmerlishvili deyib. O, aprelin 18-də parlamentin iclasındakı çıxışında bildirib ki, hər il prezidentə dövlət büdcəsindən 100 minlərlə lari xərc çəkilib və maliyyə sənədləri məxfi saxlanılıb.

İmerlishvili son yeni ili prezidentlə birlikdə Dubayda keçirən partiya üzvlərinin adlarını da açıqlayıb və buna dövlət büdcəsindən 240 min lari (113,5 min manat) pul xərcləndiyini bildirib.

Deputat bu rəqəmi göstərərkən Dövlət Mühavizə Xidmətinin maliyyə sənədlərinə əsaslandığını və bu sənədləri artıq parlamentdəki azlığın lideri David Bakradze-yə təqdim etdiyini bildirib.

Başqa bir məlumata görə isə Saakashvili “Milli hərəkat” partiyasının gənc üzvləri Mariam Sacaya, Tinatin Bokuchava, habelə ukraynalı müğənni İvane Melai və rusiyalı jurnalist Ksenia Sokolovaya bahalı hədiyyələr bağışlayıb.

İmerlishvili deyir ki, prezident özünü də yaddan çıxarmayıb və onun Tbilisi meri ilə birgə Avstriyanın bahalı kurortunda arıqlama prosedurasına 115 min lari (təqribən 55 min manat) xərcləyiyini misal gətirib.

Prezidentin şəxsi aşbazının xidməti isə büdcəyə yarım milyon lariyə başa gəlib.

İmerlishvili deyir ki, Saakashvilinin bu cür məsrəfçiliyə yol verməkdə məqsədi Xüsusi Dövlət Mühavizə Xidməti üzərində nəzarəti itirməmək olub.

Amma Saakashvilinin azlıqda olan “Milli hərəkat” partiyası İmerlishvilinin iddialarını rədd edib.

Parlamentdəki bugünkü müzakirələrdə Saakashvilinin özü də iştirak edib. Prezident bu xərclərlə bağlı deyilənlərin təbii olduğunu deyib:

“Mənə bir ölkə prezidenti göstərin ki, başqa ölkələrə səfər etmir, özü ilə deput, hökumət nümayəndələri və ailə üzvlərini aparmır və ya ölkənin tanınması naminə xarici jurnalistləri dəvət etmir. Bunsuz Gürcüstana sərmayyə qoyulmazdı”- deyə o vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG