Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:54

Ali məktəblərə tələbə qəbulu təşkil edənlər tutuldu


Arxiv foto
Arxiv foto
-


Respublika Prokurorluğunun məlumatına görə "İNFO-RTM" MMC və "İnnovasiya" MMC-nin vəzifəli şəxsləri Azərbaycandan 900-ə yaxın gəncin Rusiyanın ali məktəblərinə qanunsuz qəbulunu təşkil edib: "Müəyyən edilib ki, onlar 2009-2010-cu illərdə Rusiya Federasiyasının İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə 400-ə yaxın ölkə vətəndaşlarının müxtəlif ixtisaslar üzrə Rusiya Dövlət Maşınqayırma İnstitutuna, 500-ə yaxın vətəndaşın isə Rusiya Federasiyasının Humanitar Akademiyasına qanunsuz qəbulunu təşkil ediblər".

Prokurorluq işin qanunsuz olmasının detalları barədə ətraflı məlumat vermir. Rəsmi məlumatda yalnız qeyd olunur ki, “bu əməllər Azərbaycan vətəndaşlarının və hüquqi şəxslərin qanuni mənafelərinə mühüm zərər vurub”.

Rəsmi xəbərə görə bu işlə bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

İttiham sübut olunsa, günahkar sayılan şəxslər 2 000 manata qədər cərimə oluna, yaxud 2 ilədək müddətə islah işləri, ya da əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrum oluna bilərlər.

Amma hələlik respublika Prokurorluğunun bu ittihamlarına adı çəkilən şirkətlərdən hər hansı reaksiya məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG