Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:56

Urgant-ın göyərti zarafatı Ukraynada qəzəb doğurur [Video]


İvan Urgant - Arxiv fotosu
İvan Urgant - Arxiv fotosu

Rusiyanın TV ulduzu göyərti doğranmasını Ukrayna kəndlilərinin bolşevik qılıncından keçirilməsinə bənzətdi. Ukrayna sakinləri etiraz edirlər. Urdant üzr istəyir

Urgantın "göyərti" zarafatı

-
Urgantın "göyərti" zarafatı
Rusiyanın populyar proqram aparıcısı İvan Urgant efirdə işlətdiyi sovet zarafatına görə Ukrayna sakinlərindən üzr istəyib. “İnanın, heç kimi təhqir etmək fikrim olmayıb. Sadəcə, fikirləşmədən axmaq şeylər demişəm. Heç vaxt ağlıma gəlməzdi ki, yumoristik, heç vaxt ciddi söz demədiyim bir proqramda səslənən yersiz zarafat mənim ürəkdən sevdiyim Ukraynada belə reaksiya doğurar” – deyə Urgant təəsüf hissini bildirib.

Şənbə günü Rusiyanın ORT 1 kanalında Urgantın “Smak” (Dadlı) mətbəx verişində göryərtinin doğranmasından söz düşür. Onunla proqramın qonağı aktyor Adabashian arasında belə dialoq baş verir:

- Deməlı, göyərtini sovet komissarı Ukrayna kəndinin sakinlərini qılıncdan keçirdiyi kimi doğrayırıq?.. İndi nə? Deyəsən mənim qılıncımın tiyəsini təmizləyisiz?

- Yox, sadəcə Ukrayna sakinlərinin qalıqlarını silkələyirəm...

Bu dialoq Ukraynalıların qəzəbinə səbəb olub. Bir qrup Kiyev sakini Ugrantın şəkillərinə pomidor ataraq Rusiyanın səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Ukraynalılar bu zarafatı ölkə tarixinə hörmətsizlik kimi qiymətləndiriblər. Məsələ burasındadır ki, “komissar” ifadəsi sovet hakimiyyətinin milyonlarla ukraynalının qətli ilə nəticələnən ilk dövrü ilə assosiasiya olunur. Ukrayna tarixinin ən böyük faciələrindən olan “Qolodomor” (Aclıq) faciəsi də bu dövrə təsadüf edir.

Ehtiraslar o qədər qızışdı ki, sosial şəbəkələrdə hətta Urgantın ORT-dən istefası haqda şaiyələr də yayıldı.

Urgant rəsmi şəkildə üzr istəsə də, Ukrayna rəsmiləri hesab edir ki, onun üzrxahlığı yol verdiyi təhqirin əvəzi ola bilməz.

Urgant isə zarafatından qalmır. O, Ukraynalıların könlünü almaq üçün söz verir ki, bundan sonra ancaq Ukrayna xörəklərini hazırlayacaq və gələcək uşaqlarına - fərq etmir oğlan, ya qız – hamısına Bogdan adını verəcək. Bogdan – tipik Ukrayna adıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG