Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:20

TQDK daha 4 orta məktəb dərsliyini məqsədəuyğun saymayıb


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası daha 4 orta məktəb dərsliyinin istifadəsini məqsədəuyğun saymayıb.

Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib.
Onun sözlərinə görə, Komissiya orta məktəblərin II sinifləri üzrə dərsliklərin elmi metodiki monitorinqini başa çatdıraraq nəticələr bu gün Təhsil Nazirliyinə təqdim edib.

Monitorinqin nəticəsinə əsasən, orta məktəblərin II sinifləri üzrə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi” və “İngilis dili” dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməyib.
Digər dərsliklərin istifadəsi isə məqsədəuyğundur.

Rəyə görə, II sinif üzrə bütün dərsliklər 2008-ci ilin standartlarına uyğun olaraq hazırlanıb.
Amma bəzi fənlər üzrə 2012-ci ildə yeni standartlar qəbul edilib və həmin dərsliklərin bu standartlara uyğunlaşdırılması tövsiyə olunur.
XS
SM
MD
LG