Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Azərbaycanda ali məktəblərə qanunsuz qəbulla bağlı cinayət işi açılıb


Foto arxiv

Foto arxiv

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsi ali məktəblərə qanunsuz qəbulla bağlı Təhsil Nazirliyindən daxil olan materialları araşdırıb.

Müəyyən edilib ki, Bakıda fəaliyyət göstərən “İNFO-RTM” MMC və “İnnovasiya” MMC-nin vəzifəli şəxsləri 2009-2010-cu illərdə Rusiya İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə qanunsuz olaraq 400-ə yaxın ölkə vətəndaşının Rusiya Dövlət Maşınqayırma İnstitutu, 500-ə yaxın vətəndaşın isə Rusiya Humanitar Akademiyasına qəbulunu təşkil ediblər.

Faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG