Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

Keçmiş prezidentlər və ailə üzvlərinin pensiyaları ilə bağlı qanunvericilik dəyişir


Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinə aid sosial müavinət və əmək pensiyaları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 18-də keçirilən iclasında «Əmək pensiyaları haqqında» və «Sosial müavinət haqqında» qanunlara dəyişikliklər edilərək «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» qanuna uyğunlaşdırılma aparılması müzakirə olunub.

«Əmək pensiyaları haqqında» qanuna edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» qanunla tənzimlənəcək. «Sosial müavinət haqqında» qanuna isə «vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» qanuna əsasən ödənilən müavinət» maddəsi əlavə edilir.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, hər iki dəyişiklik Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvlərinin sosial müavinət və əmək pensiyaları ilə bağlı sənədləşdirmənin mexanizminin dəyişdirilərək yeni sistemdə tətbiq olunmasına xidmət edir.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG