Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51
Keçmiş Pakistan prezidenti Pervez Musharraf Ali Məhkəmədən barəsində çıxarılmış həbs qərarının ləğvini xahiş etmək fikrindədir.

Bu barədə jurnalistlərə onun köməkçisi məlumat verib.
Ali Məhkəmə bu gün onun həbsi barədə qərar qəbul edib.
Hazırda o İslamabad ətrafındakı evində ciddi nəzarət altındadır.

Məhkəmə Musharrafı 2007-ci ildə hərbi hakimiyyətdə olarkən Ali məhkəmənin üzvləri də daxil olmaqla yüksək rütbəli hakimləri buraxmaqda təqsirli bilib.

O 4 illik könüllü mühacirətdən sonra bu ilin martında vətənə dönüb və mayın 11-də keçiriləcək ümummilli seçkilərdə mübarizə aparmaq fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG