Gəncədə 4 mindən çox əhalisi olan qəsəbəyə içməli su xəti çəkilib.
Bu barədə Gəncə Su Kanal Törəmə ASC-dən məlumat verilib.
Məlumata görə, yeni salınmış Məhsəti qəsəbəsinə yeni su xətti çəkilib.
Azərsu ASC-nin maliyyə vəsaiti hesabına qəsəbədə 2 yeni subartezian quyusu qazılıb, istismarda olan 1 quyu isə təmir edilərək əhalinin istifadəsinə verilib. Qəsəbədə tutumu 60 kubmetr olan su çəni, 38 ədəd siyirtmə quraşdırılıb.
20239 metr qəsəbədaxili su xətti çəkilib və 1275 ünvana birləşmə verilib. Azərsu-dan bildirilir ki, qəsəbədə 4 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.
Layihənin icrasına qədər Məhsəti qəsəbəsinin içməli su təchizatı yarasız vəziyyətdə olan subartezian quyuları və primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılırdı.