Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:34

Telman Ismayılov daha milyarder deyil


Telman İsmayılov
Telman İsmayılov
Telman İsmayılov daha milyarder deyil. Onun var-dövləti “cəmi” 750 milyon dollardır. Bir neçə il bundan qabaq onun sərvəti 2 milyard dollar qiymətləndirilirdi.

Forbes jurnalının Rusiya nəşri Rusiyanın ən varlı 200 şəxsinin siyahısını dərc edib.

Rusiyanın ən varlı adamı - Kremlə yaxınlığı ilə tanınan Alisher Usmanovdur. Onun 17,6 milyard dolları var.

Dmitry Medvedev (sağda) Alisher Usmanov (solda)
Dmitry Medvedev (sağda) Alisher Usmanov (solda)
O, Mail.ru-nun, Maqafonun, DST Global və Metalloinvestin sahiblərindəndir.

Siyahıda 14,8 milyardla Vaqit Ələkbərov (Lukoil) 5-cidir.
Aras Ağalarov ( Krokus) 1,8 milyardla 56-cı yerdədir.

Azərbaycandan olan Zarax İliev (Kiev meydanı) və Qod Nisanov (Kiev meydanı) hərəyə 3 milyardla 35-37-cidir.

Dünyada 2008-ci il böhranı başlananda 20 milyarda yaxın pulu və Rusiyanın ən varlı adamı olan Deripaska ( Rusal və s.) indi 16-cı yerdədir- 8,5 milyard dollar.

Bu şəxslərin hamısı şirkət sahibləridir. Elə şəxslər də var ki, onlar şirkət sahibi deyillər, investordurlar.

Bunlar arasında ən varlı Petr Kondrashovdur- 1,2 milyard.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG