Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16

Elmar Məmmədyarov Yaxın Şərqə səfər edəcək


Aprelin 21-23-də xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Yaxın Şərq regionuna səfər edəcək.

Səfər çərçivəsində Fələstin və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xəbəri Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, görüşlərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan tərəfi Fələstin və İsrail ilə Yaxın Şərq sülh prosesi ətrafında müzakirələr aparacaq.

İkitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG