Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

«Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına zərər vurub»


İsmət Abasov

İsmət Abasov

-

Son bir neçə gündə Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatı sahəsinə zərər vurub.

APA-nın məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi ərazilərdə havanın həddindən artıq soyuması və yağıntının olması meyvə ağaclarına ziyan vurub:

«Çiçəkləmə vaxtı belə hava şəraiti məhsuldarlığı aşağı sala bilər. Düşünürəm ki, qarşıdakı günlərdə hava əlverişli olarsa, bu il kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək olar».

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, qeyri-sabit hava şəraiti növbəti iki gün ərzində davam edəcək. Lakin ölkə ərazisindən Aralıq dənizi siklonlarının keçməsi ilə əlaqədar hava şəraiti yenidən qeyri-sabit keçəcək, hava aprelin 20-dən 24-dək yenidən qeyri-sabit olacaq.

Rayonlarda fasilələrlə yağışlı hava müşahidə olunacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların bir qədər intensiv olacağı, yüksək dağlıq ərazilərdə yağıntıların sulu qarla müşahidə olunacağı ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG