Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23

ABU-nun 4 ay axtarışda olan keçmiş müəllimi həbs edilib


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş müəllimi həbs edilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Şakir Xəlil oğlu Həşimov aprelin 18-də tutularaq istintaqa təhvil verilib.

Polisdən həmçinin bildirilib ki, Ş. Həşimov ABU-nun müəllimi olub. O, xeyli sayda vətəndaşın övladlarını universitetə düzəltmək adı ilə 80 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.

Dörd ay əvvəl barəsində axtarış elan olunmuş Ş. Həşimov bu gün səhər saatlarında Bakıda saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG