Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:53

Yağışlı hava iki gün də davam edəcək


Azərbaycan ərazisində növbəti iki gün ərzində çiskinli və yağışlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 19-da ötən günlərlə müqayisədə nisbətən mülayim hava gözlənilir. Belə ki, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Aprelin 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 20-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 19-da respublikanın bölgələrində də hava şəraitinin əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə, bəzi yerlərdə 8 dərəcə isti olacaq.

Aprelin 20-də respublikanın əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti , gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG