Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:09

AŞPA-da Azərbaycan-Ermənistan nümayəndələrinin görüşü planlaşdırılır


Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

O, Azərbaycan tərəfinin AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi çərçivəsində belə görüşün keçirilməsi niyyəti olduğunu təsdiqləyib. Görüşün nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində deyil, tam heyətdə keçirilməsi planlaşdırılır:

«Bu görüşün təşkilində AŞPA prezidenti Jean-Claude Mignon da aktiv iştirak edir. Ona görə ümidvaram ki, görüş baş tutacaq. Əgər bu görüş baş tutmasa, bu, Ermənistan tərəfinin belə görüşlərin təşkilində maraqlı olmadığını bir daha təsdiqləmiş olacaq».

AŞPA-nın yaz sessiyası gələn həftə keçiriləcək.
XS
SM
MD
LG