Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:52

Thomas Melia İlqar Məmmədovla görüşmək istəyib


Aprelin 18-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Thomas Melia REAL hərəkatının icraçı katibi Natiq Cəfərli və həbsdə olan REAL lideri İlqar Məmmədovun ailə üzvləri ilə görüşüb.

Bu haqda AzadlıqRadiosuna Natiq Cəfərli məlumat verib:

«Thomas Melia İlqar Məmmədovun vəziyyəti ilə maraqlandı. Ailə üzvlərindən və məndən onun həbsxanada saxlanma şəraiti, səhhəti haqda məlumat aldı. Onun həbsindən narahat olduğunu, həmişə diqqətdə saxladığını bildirdi. Melia cəzaçəkmə yerində İlqar Məmmədovla görüşmək istəyini bildirib, ancaq onlara dəqiq məlumat verilməyib».

Görüşdə son həbslərlə bağlı fikir mübadiləsi aparıb.

«REAL» Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət) maddəsi ilə ittiham irəli sürülüb. O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG