Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:39

Thomas Melia: «Dinc nümayişçilərin həbsi narahatedici amildir»


Mətbuat icmalı
Mətbuat icmalı
-

HAMİLƏ QADINI DÖYƏN POLİS DANIŞDI

«Bizim yol» qəzeti yazır ki, sahə müvəkkili Qamboy Məmmədovun hücumuna məruz qalan hamilə qadın Aygün Absalamova 3 saylı Şəhər Xəstəxanasının doğum şöbəsində müalicəsini davam etdirir. O, «Bizim Yol»un əməkdaşı ilə telefon danışığında hələ bir neçə gün də xəstəxanada qalacağını bildirib:

«Y. Sergeyevnanın sözlərinə əsasən, sahə müvəkkili içkili vəziyyətdə olub, onu və qonağı Absalamova Aygünü qəddarlıqla döyüb. Nəticədə 7 aylıq hamilə olan A. Absalamovanın vəziyyəti pisləşib. Qadın təcilli tibbi yardımla 3 saylı Şəhər Xəstəxanasının doğum şöbəsinə çatdırılıb». Olayda adı çəkilən sahə müvəkkili Qamboy Məmmədov «Bizim Yol»un əməkdaşına bildirib ki, o, kimsəni döyməyib:

«Mən həmin ünvana qonşuların şikayəti əsasında getmişəm. Həmin Yelena haqqında da çoxlu şikayət gəlirdi. Təxminən 10 gün bundan əvvəl isə bir hamilə qadın da o evə gəlməyə başladı. O axı bu evdə yaşamır. Onun bu ünvanda nə işi var? Həm də qonşuların mənə dediyinə görə, o evə yad kişilərlə gəlirmiş və bu da qonşularda narazılıq yaradıb».

SALYANDA 7 MİLYONLUQ YOL DAĞILIB

«Yeni Müsavat» qəzeti yazır ki, Salyan rayonunda prezident İlham Əliyevin ötən il açılışını etdiyi Kürsəngi-Yolüstü avtomobil yolu tamamilə dağılmaq üzrədir. Həmin yolun çəkilməsi üçün prezident İlham Əliyev 2011-ci ildə Prezidentin Ehtiyat Fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat, sonra əlavə olaraq 4 milyon manat vəsait ayrılması haqda sərəncam imzalayıb.

Salyandakı mənbələr qəzetə deyib ki, «həmin yolun açılışında İlham Əliyev ötən ilin 13 martında Salyana səfəri zamanı iştirak edib. Prezidentin ayağının izi yoldan silinməmiş asfalt dağılmağa başlayıb. İcra başçısı tez-tələsik yola yamaq vurdursa da, dağıntının qarşısını almaq mümkün olmayıb. Həmin yol hazırda bərbad vəziyyətə düşüb».

«NARAHATEDİCİ AMİL»

«Azadlıq» qəzeti ABŞ dövlət katibinin müavini Thomas Melia-nın «Turan» agentliyinə müsahibəsini dərc edib. Melia «vətəndaş cəmiyyəti fəallarını təqibi faktlarını necə qiymətləndirirsiniz» sualına belə cavab verib:

«Biz vəziyyəti çox diqqətlə izləyirik. Dinc nümayişçilərin həbsi narahatedici amildir, Azad Fikir Universitetinin bağlanması bizi xüsusilə narahat edir. Mən dekabrda orada olmuşam, bu, gənclərin müxtəlif problemləri müzakirə edə bildikləri, fikir mübadiləsi apardıqları və tədris ala bildikləri ən yaxşı yerdir. Belə bir müəssisədən məhrum olmaq səmərəsiz və yanlışdır və biz bu qərarın yekun qərar olmadığına ümidimizi itirmirik».

ZİYALILAR FORUMUNUN ÇAĞIRIŞI «STƏKANDA FIRTINA»DAN BAŞQA BİR ŞEY DEYİL

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı Ziyalılar Forumu haqda fikir bildirib. Bu haqda «Yeni Azərbaycan» qəzeti yazır. Mübariz Qurbanlı deyib ki, «Bu cür Ziyalılar Forumu deyilən dırnaqarası qurumun üzvlərinin çağırışı «stəkanda fırtına»dan başqa bir şey deyil. Buyursunlar, biz hər sahədə onlarla açıq siyasi mübarizə aparmağa hazırıq. İdeoloji sahədə, digər sahələrdə biz onlarla polemikaya hazırıq və hesab edirəm ki, ideoloji-siyasi cəhətdən də üstünlüyümüzü daim nümayiş etdiririk».

«Ziyalılar Forumunun toplantısında «EL» hərəkatının həmsədri Eldar Namazov Facebookda «beyin fırtınası» keçirə biləcək qrupun yaradılması və problemlərin virtual aləmdə daha geniş formatda müzakirə edilməsi təklifi ilə çıxış edib.

M. Qurbanlı Ziyalılar Forumu deyilən qurumun toplantısında səsləndirilən fikri «stəkanda fırtına» adlandırıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG