Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

İlham Əliyev iki ABŞ rəsmisini qəbul edib


Prezident İlham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Thomas Melia-nı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Administratorunun Avropa və Avrasiya üzrə müavini xanım Alexander Paige-i qəbul edib.

President.az saytının məlumatında deyilir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

«Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edildi, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı».
XS
SM
MD
LG