Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:17

Texasda zavodda güclü partlayış olub (video)


-

Ötən gün axşam Amerikanın Texas ştatının Vest şəhərində gübrə zavodu partlayıb, onlarla işçi xəsarət alıb. Yerli polis xeyli sayda adamın öldüyünü bildirsə də, dəqiq say açıqlanmır.

Üstəlik partlayışın səbəbi də hələlik məlum deyil.

Televiziya ilə nümayiş olunan kadrlarda zavodda nəhəng partlayışın olduğu, bir neçə binada güclü yanğın olduğu göstərilib. Partlayış nəticəsində yaxınlıqdakı məktəb və qocalar evi də dağılıb.

Xəstəxana rəsmiləri onlarla adama yardım göstərildiyini bildirir, onların arasında ciddi yanıq xəsarətləri ilə daxil olanlar da var.

Bir neçə vertolyot və onlarla təcili yardım maşını və yanğınsöndürən hadisə yerinə cəlb edilib.

Texas ştatının qubernatoru Rick Perry bildirib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün bütün resurslar hazır vəziyyətə gətirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG