Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17
İraqda terrorçuluğa görə ölümə məhkum edilən 21 nəfər edam edilib.
Ölkənin ədliyyə nazirliyi edamın bir gün əvvəl icra edildiyini xəbər verir.

Əl Qaidə ilə əlbir olan bu şəxslər çoxsaylı qətllər və minalanmış maşınlarla partlayışlar törətməkdə təqsirli biliniblər.

Amnesty International təşkilatı İraqı 2001-ci ildə ən çox ölüm hökmü icra edilən 5 ölkə sırasına salıb.
İraq bu siyahıda Çin, İran və Səudiyyə Ərəbistanından sonra 4-cü yerdə gəlir.
5-ci yerdə isə ABŞ-dır.
İlin əvvəllərindən bu yana İraqda 50 nəfər edam edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG