Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:44

ABŞ rəsmiləri müxalifətçilərlə görüşüb


-
ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia-nın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından məlumat veriblər.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətə təzyiqlər, qarşıdan gələn prezident seçkiləri, «Azadlıq» qəzetinə qarşı məhkəmə iddiaları və s. məsələlərin müzakirə olunduğu bildirilir.

Müzakirələrdə Müsavat başqanı İsa Qəmbər, VİP sədri Əli Əliyev, AXCP sədri Əli Kərimli, «EL» Hərəkatının rəhbəri Eldar Namazov və REAL Hərəkatının həmsədri Erkin Qədirli iştirak ediblər.
XS
SM
MD
LG