Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:19
-
Bu filmi Azərbaycan, Türkiyə və Ermənistan birgə hazırlayıb. «Sərhədsiz xatirələr» adlanan sənədli kino əsərində 3 ölkənin vətəndaşları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xatirələrini bölüşürlər. 3 hissədən ibarət 1 saatlıq film münaqişənin sadə insanlara təsirini diqqət mərkəzində saxlayır.



«BƏLKƏ BU YERLƏRƏ BİR DƏ GƏLMƏDİM»

Azərbaycanla bağlı hissənin rejissoru Ayaz Salayev, layihə koordinatoru İlham Səfərovdur. Filmdə İrəvan Azərbaycan Teatrının aktrisası Elmira İsmayılova bu sənət ocağının münaqişədən öncə Ermənistandakı, müharibə Elmira İsmayılova

Elmira İsmayılova

başlayandan isə Azərbaycandakı fəaliyyəti barədə təəssüratlarını dilə gətirir:

«Hər tamaşaya hazırlıq, savaş hazırlığına bənzəyirdi. Kiçicik bir səhv o vaxtkı adı ilə Yerevan Dövlət Azərbaycan Teatrının bağlanmasına yetərdi. Mənim nənə və babalarımın Yerevanda torpaqları vardı. Onlar kimi, mən də o şəhərdə doğulmuşdum. Sonra bizi elə dandılar ki, heç elə bil orada yaşamamışıq. Bir dəfə oğlum həyətdən ağlaya-ağlaya evə gəldi. Dedi ki, uşaqlar ona «türk» deyib, cırnadırlar. Mən də dedim ki, sən türk olmağınla fəxr etməlisən. Qonşu uşaqların valideynlərinə də dedim ki, siz evdə bu barədə danışmasanız, uşaqlarınız da danışmaz».

Elmira İsmayılova İrəvan Dövlət Azərbaycan Teatrının son tamaşasını xatırlayır. Deyir ki, son tamaşa Göyçaya qastrol səfərində olmuşdu. Tamaşadan sonra bir nəfər əlinə saz alıb «Bəlkə bu yerlərə bir də gəlmədim» mahnısını oxumuşdu...
Ayaz Salayev

Ayaz Salayev


«MÜNAQİŞƏDƏ TƏKCƏ İNSANLAR DİDƏRGİN DÜŞMÜR»

Azərbaycanla bağlı filmə «Didərgin Teatr» adı verilib. Rejissor Ayaz Salayev filmdə göstərmək istədiklərini belə izah edir:

«Didərgin düşən teatr... Təkcə insanlar yox, mədəniyyət ocaqları da didərgin düşüb. Bu, Dağlıq Qarabağ münaqişəsinin ən mühüm, amma ən gözardı edilən tərəflərindən biridir. Çəkdiyimiz film aktrisanın simasında sanki didərgin düşmüş mədəniyyət ocaqlarını da dindirir».

Armenin ailəsi müharibə zamanı Fransaya köçüb, amma o, boya-başa çatandan sonra geri dönür...

Armenin ailəsi müharibə zamanı Fransaya köçüb, amma o, boya-başa çatandan sonra geri dönür...

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ TÜRKİYƏ VƏ ERMƏNİSTANDA...

Filmi Avropa Birliyi və Londonda yerləşən QHT Barışıq Resursları maliyyələşdirib. Türkiyənin çəkdiyi filmdə 3 nəfər öz milli kimliyindən və bununla bağlı xatirələrindən söz açır. Məsələn, bir gənc oğlanın sirri milliyyətindən qaynaqlanır. O, milliyyətini iş yoldaşlarından, dostlarından gizlədir və düşünür ki, bu sirrini açsa, onu anlamazlar. Və açıqlanır ki, sirri – erməni olmasındaymış...

Ermənistanda çəkilən film Şuşada özünə məskən quran gənc ailəyə həsr edilib. Armenin ailəsi müharibə zamanı Fransaya köçüb, amma o, boya-başa çatandan sonra geri dönür... İndi öz ailəsylə Şuşada yaşayır və buraları vətən saydığını deyir. Nə qədər çətin olsa da, vətəndə yaşamağa üstünlük verdiyini bildirir.
XS
SM
MD
LG