Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

Qarabağ seçkisinin Bakı seçkisindən fərqi


Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “de-facto dövlətlərdə seçkilər” mövzusunda müzakirə keçirilib.

“De-facto dövlət” deyəndə Abxaziya, Transdnestriya və Dağlıq Qarabağ nəzərdə tutulur.

Əsas məruzəçi İrlandiyanın Dublin City Universitetindən olan Donnacha O Beachain “Keçmiş Sovet respublikalarında rəngli inqilablar: uğurları və uğursuzluqları” kitabının müəllifidir.

Konfransda onun çıxışı maraqlı və ziddiyyətli olub.

İştirakçılar arasında Azərbaycandan, Moldovadan və Gürcüstandan olanlar bu məruzəni tənqidi qarşılayıblar, onların fikrincə, burda təhlil çatışmır.

3 CƏHƏT

O Beachain məruzəsində nə deyir? O əvvəla hesab edir ki, münaqişə həll olunana qədər yerli əhali necəsə yaşamalıdır, cari məsələləri həll etməlk üçün özünə rəhbərlik seçməlidir. Bu baxımdan seçkilərin keçirilməsini başa düşmək olar.

Seçkilərə gəldikdə, O Beachain beynəlxalq aləmin tanımadığı bu yerlərdə seçkilərin 3 əsas cəhətini qeyd edib.

Əvvəla, bu seçkilər rəqabətli və nəticəsi əvvəlcədən bilinməyən seçkilərdir.

İkinci əlamətdar cəhət - “patron dövlətlərin” bu seçkilərə nüfuzunun düşünüləndən az olmasıdır.

3-cüsü, seçkidə qaldırılan məsələlər digər yerlərdəki seçkilərlə eynidir. Yəni münaqişə zonası olmalarına baxmayaraq müstəqillik, ərazi mübahisəsi kimi məsələlər səhiyyə, məşğulluq, yollar və s. kimi məsələləri üstələmir. “Heç kim Gürcüstandan, Moldovadan, Azərbaycandan danışmırdı. Ancaq təhsildən, yollardan, səhiyyədən danışırdı”.

"ÇİRKLİ SEÇKİ"

Konkret yerlərə gəldikdə, onun sözlərinə görə, Transdnesriyada seçki kampaniyası Abxaziya və Dağlıq Qarabağdan fərqli olaraq “çirkli” olub. Burda əlamətdar cəhət Moskvanın namizədinin uduzmasıdır.

Dağlıq Qarabağ haqda isə O Beachain deyir ki, 2012-ci ildəki “prezident” seçkiləri burda ədalətli olmayıb. Namizədlərin imkanları bərabər deyildi.

O deyir ki, Dağlıq Qarabağdakı seçkilər bütün keçmiş Sovet məkanındakı seçkilərə başqa tərəfdən də oxşardır: “ Bütün eks-Sovet məkanında olduğu kimi burda hakimiyyət seçkidə “saxta” namizədlər ortaya çıxardır. Belə namizədlər seçkidə guya “rəqabətin” olduğunu nümayiş etdirir.”


Dağlıq Qarabağda pasportu ilə seçkiyə gələn qadın
Dağlıq Qarabağda pasportu ilə seçkiyə gələn qadın
Məruzəçinin fikrincə, bütün bunlarla yanaşı, seçkidə həqiqi iştirak edən Vitali Balasanyan 32 faiz səs yığıdı. “Dağlıq Qarabağ tarixində müxalifət namizədi heç vaxt bu qədər çox səs toplamayıb”.

O Beachain deyir ki, Freedom House demokratiyanın vəziyyəti haqda ənənəvi illik hesabatında Dağlıq Qarabağa “qismən–azad” qiymətini verib. Bu qiymətdə müxalifət namizədinin belə güclü iştirakı mühüm rol oynayıb. “Freedom House-dan belə qiymət almaq isə Dağlıq Qarabağın siyasi elitası üçün mühümdür.”

RƏQABƏT YÜKSƏK İDİ

O Beachain deyir: “Seçkidə rəqabət yüksək idi. Gözlənilməz dərəcədə yüksək idi. Qazaxıstanda , Özbəkistanda seçkilərin nəticəsi əvvəlcədən bilinir. Burda isə nəticəsi əvvəlcədən bilinməyən seçkilər keçirilib. ”

RUSİYANIN İŞĞALI

O Beachainin bu çıxışına tutulan iradlara gəldikdə, müzakirələrdə iştirak edən Moldova Fondundan Vlad Spanu çox kəskin şəkildə bildirib ki, bu təhlil Rusiyanın işğalını nəzərə almır.

Rusiyadan olan təhlilçi Sergey Markedonov isə çıxışında bildirib ki, istənilən halda, “de-facto dövlətlərin” olması sübut edir ki, post-SSRİ dövrünün dövlət yaranma prosesi hələ bitməyib.



.
XS
SM
MD
LG