Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24
İsrailin Eylat şəhəri raket atəşinə tutulub.

İsrailin müdafiə nazirliyi boş əraziyə iki raket düşdüyünü, amma xəsarət alan olmadığını xəbər verir.

Şəhərdə təcili həyacan siqnalı çalınıb, hava limanında iş müvəqqəti dayandırılıb.

Hücuma görə cavabdehliyi radikal “Məclis Çura əl Mucahidin” qrupu üzərinə götürüb.
Amma bəyanatda raketlərin haradan buraxıldığı bildirilmir.

İsrailin müdafiə nazirliyi bundan əvvəl raketlərin Misirin Sinay yarmadası tərəfdən buraxıldığını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG