Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:56
-
«2009-cu ildə yaşadığım ünvanda keçmiş həyat yoldaşımın yaxın qohumu tərəfindən bıçaqlanmışam. Hadisə Sabunçu rayon Polis İdarəsinin 15-ci bölməsinin sahə müvəkkili Seyidağa Cəbrayılovun gözü qarşısında baş verdi. Evimə basqın olduğuna görə polis bölməsinə məlumat vermişdim, bölmədən də sahə müvəkkilini göndərmişdilər. İki bıçaq xəsarəti aldım. Ancaq sonra işi özümə qarşı çevirmək istədilər ki, guya özüm özümü vurmuşam».

Bunu «Qaynar xətt»ə Zabrat qəsəbəsinin sakini Dəyanət Səmədov danışır. Onun dediyinə görə, 2008-ci ildə ailə qurub, ancaq bir müddət sonra həyat yoldaşı ilə münasibətləri uyğunlaşmadığına görə ayrılmaq qərarı veriblər. Münaqişələr də bundan sonra başlayıb:

«Həyat yoldaşımın qohumları yaşadığım ünvana gəlib evdən çıxmağımı və evi keçmiş arvadıma verməyi tələb etdilər. Mübahisə nəticəsində bir yaxın qohumu sahə müvəkkilinin gözü qarşısında mənə iki bıçaq xəsarəti yetirdi».

ŞİKAYƏTLƏR ÜNVANINA ÇATMIR?

Dəyanət Səmədov deyir ki, Sabunçudakı 3 saylı şəhər Klinik Xəstəxanasında 2 aya yaxın müalicə olunsa da, xəstəxananı tərk edərkən ona verilən sənədlərdə 8 gün müalicə aldığı göstərilib. Xəstəxananı tərk etməsi barədə tarix də saxtalaşdırılaraq əvvəlki tarixlərə qeyd edilib:

«Keçmiş arvadımın bir yaxın qohumu prokurorluq orqanında müstəntiq işlədiyinə görə hara şikayət yazdımsa, baxan olmadı. Hara yazıramsa, qarşısını alır, şikayətim gedib ünvanına çatmır. 2011-ci ildə Sabunçu rayon Məhkəməsində ayrılmağımızı rəsmiləşdirdik. Boşanma prosesi keçirilərkən keçmiş arvadımın qohumları üstümüzə cumub məni də, anamı da döydülər. Anam kəllə-beyin travması aldı. Mən 102-yə zəng vurdum və tezliklə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməkdaşları məhkəmə zalına gəldilər. Ancaq 13-cü polis bölməsində araşdırma aparıb yenə cinayət işi açmadılar».

POLİS NƏ DEYİR?

Daxili İşlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, Zabrat qəsəbəsinin sakini Orxan Mansurzadə

Orxan Mansurzadə

Dəyanət Səmədovun iddiaları dəfələrlə araşdırılıb, təsdiqini tapmayıb:

«Dəyanət Səmədovun iddialarının əksinə olaraq, o və həyat yoldaşı münaqişəli ailə kimi adıçəkilən 15-ci polis bölməsinin rəhbərliyi tərəfindən dəfələrlə qəbul olunub, onlarla profilaktiki söhbətlər aparılıb. Ancaq Səmədovun ailə-məişət mövzusunda təşkil olunmuş teleproqramlarda təhrikedici çıxışları da daxil olmaqla, polisin və yaxın qohumlarının ünvanına əsassız ittihamlar səsləndirməsi tərəflərin boşanması ilə nəticələnib. Özünü və anasını guya qayınatası, digər yaxın qohumlarının döyməsi barədə iddiaları təhqiqat və prokurorluq orqanları tərəfindən dəfələrlə yoxlanılıb, lakin heç bir halda təsdiqini tapmayıb. Əksinə, boşanma ilə əlaqədar Sabunçu rayon Məhkəməsində keçirilən iclaslarda Dəyanət Səmədov dəfələrlə qalmaqal salaraq prosesi pozub. Buna görə məhkəmə tərəfindən barəsində inzibati həbs qərarı da çıxarılıb. Bu il martın 15-də isə aliment ödəməkdən boyun qaçırdığına və çağırışa gəlmədiyinə görə məcburi qaydada məhkəməyə gətirilib. Orda özünə xəsarət yetirib, nəticədə yenə bir neçə gün müddətinə xəstəxanalıq olub».

Dəyanət Səmədov isə şikayətlərini davam etdirməkdədir. O, son şikayət ərizəsini bir neçə gün əvvəl Baş prokurora yazdığını deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG