Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31
-

DÖVLƏTİN PULU TƏHLÜKƏDƏ

«Bizim yol» qəzeti dövlətin pul ehtiyatlarının böyük təhlükədə olduğunu yazır. Qəzetə görə, Neft Fondunun qızıl yatırdığı sərmayə batıb, qiymətli metalın dəyəri 13 faiz ucuzlaşıb:

«Neftin ucuzlaşması, dollar və avro arasında tez-tez dəyişən məzənnə fərqi Azərbaycana böyük ziyan vurur».

GƏNCLƏRİ YOLDAN ÇIXARAN PARTİYA SƏDRLƏRİ

«İsa Qəmbər və Əli Kərimli öz övladlarını qoruyub, saxlayırlar, bəzi gəncləri isə müxtəlif vədlər verməklə yoldan çıxarırlar».

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bunu YAP icra katibinin müavini Şiyavuş Novruzov deyib. Siyavuş Novruzov müsahibəsində «EL» hərəkatına da toxunub.
«EL»də olanlar vaxtı ilə Rusiyaya agentlik etmiş insanlardır. İndi görürsən ki, hərəsi bir yandan çıxır, biri 60 yaşında, biri 70 yaşında».

İSA QƏMBƏR TƏŞVİŞİ

«Yeni Müsavat»a görə, İsa Qəmbərin namizədliyi bəzi müxalifətçiləri təşvişə salıb.
«...bəziləri hətta hakimiyyətdən də radikal görünməyə çalışır».

RAMİZ MEHDİYEVİ TƏBRİK TƏRƏDDÜDÜ

«Azadlıq» qəzeti «Hakimiyyətdə «Ramiz Mehdiyev tərəddüdü» olduğunu yazır. Qəzet Administrasiya rəhbərinin 75 yaşının aprelin 17-də tamam olduğunu qeyd edir və əlavə edir ki, onun doğum gününü təbrik etmək istəyənlər İlham Əliyevi gözləyirlər.

«...hökumətin daxilində onun təbrik edilməsi ilə bağlı bəzi tərəddüdlər var. Xüsusilə bəzi məmurlar, deputatlar Ramiz Mehdiyevi həm təbrik etmək istəyir, həm də bu addımı atmaqdan çəkinirlər».

720 MİLYON MANATLIQ TAKSİ BAZARI

«Exo» ölkədə taksi bazarının illik həcminin 720 milyon manata yaxın olduğunu yazır. Qəzetə görə, bunun əsas hissəsi qeyri-qanuni taksi fəaliyyətinin payına düşür:

«Azərbaycanda 23 min taksi var ki, onun da mühüm hissəsi - 15 mini lisenziyasız, 8 mini isə lisenziya ilə işləyir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG