Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:37

Azərbaycanda hərbçilər yol qəzasına düşüb


Biləsuvar rayonunda bir neçə Azərbaycan hərbçisinin yol qəzasına düşdüyü bildirilir.
Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi «Mercedes» markalı maşın yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində vəfat edib.

Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG