-
Aprelin 17-nə keçən gecə şimal-qərb bölgəsinin ucqar dağ kəndlərinə qar yağıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq bölgədə hava pisləşib, yağış yağmağa başlayıb, gecə saatlarından isə yağış tədricən sulu qar və qara çevrilib.
Şəkinin ucqar Baş Göynük, Baş Layisqi, Şin və Kiş kəndlərinə qar yağıb. Qax rayonunun ucqar yaşayış məntəqələrindən olan Qaşqaçay və Sarıbaş kəndlərinə də qar yağıb. Qarın yağması səhər saatlarında da davam edib.
Ötən gün axşam saatlarından Quba və Qusar rayonlarına da qar yağmağa başlayıb. Dağətəyi ərazilərə 2-7 sm, dağlıq ərazilərə isə 10-15 sm qar düşüb, mənfi 4-5 dərəcə temperatur qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, ölkə ərazisində soyuq hava şəraiti aprelin 19-dək davam edəcək.