Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:52

Venesuelada baş verən toqquşmalarda 4 nəfər ölüb


Foto arxiv
Foto arxiv
Venesuelada keçirilən prezident seçkisindən sonra baş verən toqquşmalarda 4 nəfər ölüb.

Bu barədə Reuters yerli kütləvi informasiya agentliklərinə istinadla xəbər verir.

Müxalifətin namizədi Henrique Caprileslə hakim partiyanın seçkidə qalib gələn namizədi Nicolas Maduronun tərəfdarları çərşənbə axşamı bütün ölkə boyu kütləvi aksiyalar keçiriblər.

2 fasizdən də az fərqlə rəqibinə uduzan Capriles nəticələrin saxtalaşdırıldığını və səslərin yenidən sayılmasını tələb edir.

Polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə etməli olub.
XS
SM
MD
LG