Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:36

Pakistanda təhlükəsizlik xidmətinin 4 əməkdaşı öldürülüb


Pakistanda partlayış

Pakistanda partlayış

Pakistanın Şimali Vəziristan əyalətində törədilmiş partlayışda təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

Bu barədə AzadlıqRadiosuna Pakistan təhlükəsizlik xidmətinin əməkdaşı məlumat verib.
Onun sözlərinə görə, intiharçı nəzarət-buraxılış məntəqəsində özünü partladıb.
Hücum Miranşah şəhəri ilə Gulam Ali rayonu arasındakı yolda törədilib.

Başqa bir məlumatda isə partlayışın hərbi yük maşınının ötdüyü yolda törədildiyi bildirilir.

Bu bölgə Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG