Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34
-
Aprelin 16-da axşam saatlarında Gədəbəy rayonuna qar yağmağa başlayıb.

Bu haqda AzadlıqRadiosuna Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev məlumat verib:

«Əvvəlcə sulu qar yağıb, sonra qara çevrilib. Qar qısamüddətli oldu, demək olar yeri ağartmadı».

Ancaq dağ və dağətəyi kəndlərə qar yağmaqda davam edir. Qüdrət Paşayevin dediyinə görə, hələlik fövqəladə hal yaranmayıb:

«Şaxta düşməsə, elə bir ziyan olmaz».

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hava şəraiti aprelin 19-dək qeyri-sabit olacaq, leysan xarakterli yağışlar yağacaq.

«Aprelin 17-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək Gecə 4-8, gündüz 8-13 dərəcə isti olacaq».
XS
SM
MD
LG