Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

Bakıda MDB Müsəlmanları Məşvərət Şurasının iclası keçirilib


Bakı-Gülüstan sarayı

Bakı-Gülüstan sarayı

Aprelin 16-da “Gülüstan” sarayında MDB Müsəlmanları Məşvərət Şurasının iclası keçirilib.

Azərbaycan, Rusiya, Belarus prezidentləri, Rusiya subyektlərinin rəhbərləri konfransa təbriklər göndəriblər.

Tədbirə MDB ölkələrilə yanaşı Baltikyanı, Avropa, ərəb ölkələrinin dini konfessiyaları iştirak ediblər. Konfransda 18 ölkə təmsilçisi iştirak edib.
Konfransda əsas çıxışlar islam dininin sülh dini olması ilə bağlı olub.
Çıxış edənlər son vaxtlar dünyada baş verən bütün mənfiliklərin islam dininin adı ilə bağlanmasına etiraz ediblər. “İslam ideal dindir”, - deyə Osetiya-Alaniya müftisi
Hacımurad Qatsalov islam dininə olan hücumları pisləyib.

Görüşdə İslam dini daxilindəki təfriqələrə də toxunulub.
Din daxilində təfriqəçilikdən qurtarmaq üçün bütün islam dünyasında vahid dini təhsilin tətbiq olunması təklifi irəli sürülüb.

Konfransın sonunda yekun sənəd qəbul edilib. Sənəddə dini təfriqəçiliyə, gənclərin radikal dini cərəyanlara cəlb edilməsinə, dinin siyasiləşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq vacib sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG