Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:42
-
Aprelin 16-da İranda güclü zəlzələ olub. İran Dövlət Televiziyasının məlumatına görə, zəlzələdə azı 40 adam ölüb, 1200 ev dağılıb.

Reuters agentliyinin məlumatına görə, adını açıqlamaq istəməyən yerli hökumət rəsmisi yüzlərlə adamın öldüyünü ehtimal edib:

«Bu, son 40 ildə İranda baş verən ən güclü zəlzələdir, biz yüzlərlə adamın öldüyünü güman edirik».

Qırmızı Xaç Komitəsinin rəsmisi Mahmoud Mozaffar yerli televiziyaya zəlzələ bölgəsində kommunikasiya əlaqələrinin tam kəsildiyini bildirib. Xilasedicilər vəziyyəti qiymətləndirmək üçün əraziyə göndərilib.

Amerika Geofizika Araşdırmalar Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Fars körfəzi və Cənubi Asiya boyunca da hiss olunub. Hələ ki, insan tələfatı və dağıntılarla bağlı məlumat yoxdur.

QƏTƏR VƏ DUBAYDA ADAMLAR TƏXLİYƏ OLUNUB

Zəlzələ İranın Zahedan şəhərindən 201 kilometr aralıda, Pakistanın Turbat şəhərinin 250 kilometrliyində baş verib.

Zəlzələ bölgəsinə ən yaxın şəhər - Kaş şəhərinin 56 min əhalisi var. Kaş şəhəri İranın ən kasıb əyalətlərindən olan Sistan və Bəlucistan əyalətinin paytaxtıdır.

Aprelin 9-da İranın cənubundakı Buşehr şəhərində 6,1 gücündə zəlzələ olub, 40-a yaxın adam ölüb, 850 nəfər xəsarət alıb olub, 2 kənd dağılıb.

«Reuters» şahidlərə istinadən bildirir ki, zəlzələ Hindistanın Dehli şəhərində də hiss olunub. Camaat küçələrə tökülüb. Qətər və Dubayda hündür binalardan adamların təxliyə edildiyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG