Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48
-
Fəxri Xiyabanda gəzərkən gözlərin, istər-istəməz, dünənə – tarixin döngələrinə ilişir, o döngələrə imzasını atmış adlarla üz-üzə qalırsan. İnsan var, məzarının önündən keçərkən, düşünürsən ki, belə insanlarla eyni ölkədə yaşamağa dəyər. İnsan da var, qəbirüstü heykəlinin daşına heyfsilənirsən, onun niyə daş heykəldə dondurulduğunu anlaya bilmirsən. Birmənalı qarşılanmayan, dəfələrlə bu məzarlıqdan «deportasiya» edilməsi gündəmə gətirilən məzarlardan söhbət gedir. Bu məzarlarda uyuyan insanı tanımasan da, başdaşı yazısından ona bəlli bir münasibət formalaşır. Və sual çıxır: Başdaşı yazılarına kim düzəliş verəcək?

HAŞIM ƏLİYEV KİMDİR?

Fəxri Xiyabanda gəzərkən qarşıya çıxan bir məzarın üzərində belə yazılıb: «1915-ci ildən Sov.İKP-nin üzvü Əliyev Həşim Bədəl oğlu. 1892-ci ildə doğulmuş, 1919-cu ildə Müsavat qatillərinin əli ilə öldürülmüş».

Belə yazılara, təbii ki, sovet dönəminin ruhu hopub. Bu halda məzarda yatan Həşim Əliyevə münasibət necə olmalıdır? Fəxri Xiyabanda dəfn edilibsə, bu məzarı görənlər ondan fəxr duymalıdırlar, ya yox? Axı tarixin hansısa bir kəsimində öz izini qoymuş bu insanları vaxtaşırı bolşeviklikdə günahlandırıb məzarlarının köçürülməsini tələb etmək də çıxış yolu deyil. Həşim Əliyev

Həşim Əliyev

Tarix olub-bitənləri arzuladığın kimi yox, olduğu kimi öyrənmək mənasına gəlmir?

QATİL DENİKİNÇİ SEYİDBƏYOV OLUB?

Təzə Pir məscidinin yaxınlığında ikimərtəbəli bir ev var. Giriş qapısının sol tərəfində divara bir lövhə vurulub. Lövhədə kiril əlifbası ilə bu yazı diqqət çəkir: «Müsavat əks-inqilabı tərəfindən 1919-cu ildə öldürülmüş görkəmli inqilabçı Həşim Bədəl oğlu Əliyev 1892-1919-cu illərdə burada yaşamışdır».

Həşim Əliyevin qətlindən 1919-cu il sentyabrın 27-də Leninə ünvanladığı məktubda Kirov da söz açır:

«Denikinçilər həyasız bir surətdə özləri üçün Azərbaycana yol açırlar. Bu günlərdə onlar burada böyük bir qəsd düzəltmişdilər. Parlament üzvü, hümmətçi Musəvi həmin qəsdin üstünü açdı. Denikinçi Seyidbəyov sentyabrın 5-də Musəvi və Aşumovu (Həşim Əliyevi) pusub tapança ilə onları öldürmüşdü».

Sovet dönəmində yayılmış versiyaya görə, Həşim Əliyev, Mir Fəttah Musəvi (ADR dövründə Parlamentdə H.Seyidbəyov tapançayla Həşim Əliyevi və Mir Fəttah Musəvini qətlə yetirir. Hadisə səhnələşdirilib.

H.Seyidbəyov tapançayla Həşim Əliyevi və Mir Fəttah Musəvini qətlə yetirir. Hadisə səhnələşdirilib.

«Hümmət» fraksiyasının üzvü) və gürcü bolşeviki Qoqoberidze öz kommunist yoldaşlarını vağzaldan Tiflisə yola salandan və Həştərxana benzin daşıyan barkası dəniz yoluyla göndərəndən sonra üçlükdə «Novıy Svet» meyxanasına gəlirlər. Yemək əsnasında qonşu masada əyləşib şampan içən Hacı bəy Seyidbəyovla onların aralarında mübahisə düşür. Hacı bəy Seyidbəyov dəmiryol teleqrafının rəisi çalışdığından və qubernatora qohumluğu çatdığından onun bir sözünü iki etmirdilər. Sözünün yerə salındığını görən Hacı bəy tapançayla Həşim Əliyevi və Mir Fəttah Musəvini qətlə yetirir, Qoqoberidze isə ayağından yaralanır.

HAŞIM ƏLİYEVİN QOHUMLARI NƏ DEYİR?

Bir vaxtlar Həşim Əliyevin, indi qohumlarının yaşadığı evdə onun qardaşı oğlu ilə danışırıq. O deyir ki, Sovet dövründə belə qələmə verirdilər ki, əmimlə Mir Fəttah Musəvini Həşim Əliyevin qardaşı oğlu

Həşim Əliyevin qardaşı oğlu

​müsavat əksinqilabçıları qətlə yetirib:

«Amma sonradan anladıq ki, belə deyil. Mir Fəttah Musəvi Parlamentin üzvü idi, əmimsə gənc olsa da, ADR-in milli təhlükəsizlik qurumunda yüksəkrütbəli məmurlardan sayılırdı. Təhlükəsizlik işləri çox vaxt ona tapşırılırdı. Bir gün Mir Fəttah və Qoqoberidze ilə indiki «Fəvvarələr meydanı»nda – köhnə Kitab Pasajındakı «Novıy Svet» yeməkxanasında (indiki «Tiflis» restoranı) yemək yeyib çölə çıxarkən bir nəfər yaxınlaşıb hər üçünə atəş açıb. Hadisədən sonra kiçik əmim Tağı Əliyev Semaşko xəstəxanasına qardaşının meyitinin arxasınca gedib. Cəsəd elə bir vəziyyətdə olub ki, Tağı əmim qorxudan qan qusurmuş. Bir-iki il sonra Tağı əmim də 20 yaşına çatmadan ölüb. Qatilin kim olduğunu dəqiq bilmirik. Deyilənə görə, «Aydınbəyovlar ailəsi» eləmişdi. Göstəriş verilmişdi ki, harada görsəniz, yerindəcə öldürün. Amma dəqiq heç nə bilmirik. Nə o dövrdə bizə düzgün məlumat verirdilər, nə də indi kimsə durub o hadisələri araşdırır. Bəlkə də biz bunu görməyəcəyik, amma inanıram ki, tarix, geci-tezi, hər hadisəyə öz qiymətini verəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG